Afaq Aslan bu dəfə fərqli pozda - FOTO

Daha çox açıq-saçıq geyimi ilə gündəmə gələn azərbaycanlı müğənni Afaq Aslan özünün instaqram səhifəsində yeni fotosunu paylaşıb.
 
Lent.az xəbər verir ki, fotonun rəy bölümündə müğənni bəzi insanlara səslənərək, onları qınayıb:
 
”Çirkin həyat yoxdur. O həyatı çirkinləşdirən insanlar var. Kimi hirsindən, kimi kompleksindən, kimi cahilliyindən edir bunu. Və özlərindən soruşsanız, hər zaman haqlıdırlar. Bu, heç vaxt dəyişməyəcək. İnsanların özlərini düzəldə bilməkləri üçün öncə öz əksiklərini görməkləri gərəkdir".
 
Maraqlısı odur ki, izləyicilər daha çox müğənninin fikirlərinə deyil, fotosuna münasibət bildirərək bəyəniblər. 
 
Qeyd edək ki, Afaq Aslan bu qiyafədə ali məktəb tələbələrinin qarşısına da çıxıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. 
 

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>