Ülviyyə keçmiş əri və arvadı ilə eyni proqramda - Gərgin anlar

ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində gərgin anlar yaşanıb. 
 
Aktrisa Ülviyyə Əliyeva üçün gözlənilməz hadisə olub. Verilişə qonaq olan aktrisa keçmiş əri, aktyor Hüseyn Əlili və onun arvadı Gültac Əlili ilə üz-üzə gəlib. 
 
Proqram boyunca aktyorların bir-biri ilə üz-üzə gəlməməyə çalışması, danışmaması diqqətdən qaçmayıb. 
 
Qeyd edək ki, Ülviyyə Hüseynlə olan ailəsini bir vaxtlar rəfiqəsi olan Gültacın dağıtdığını demişdi.
Hazırda Ü.Əliyeva başqa şəxslə ailəlidir. Hüseyn və Gültac cütlüyünün isə 2 övladı var.
(axşam.az)

LENT

27 May 2019

Digər xəbərlər >>>