İki Konstitusiya qanunu ləğv olunur

Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir.
 
ONA-nın məlumatına görə, bunlar “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli Konstitusiya qanunu və “Azərbaycan Respublikasının Dövlət himni  haqqında” 27 may 1992-ci il tarixli Konstitusiya qanunudur.
 
Konstitusiya qanunlarının ləğvi barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirə olunub. Müzakirələrdən sonra komitənin üzvləri hər iki Konstitusiya qanunlarının ləğvini parlamentin plenar iclasına çıxarılmasını tövsiyə ediblər.
 
Hər iki sənədin ləğv edilməsi “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” yeni qanun layihələrinin qəbul olunması ilə əlaqədardır. 

LENT

27 May 2019
26 May 2019

Digər xəbərlər >>>