"2 ildə 1 dəfədən az olmayaraq..." - Mediatorun vəzifələri müəyyənləşdi

Azərbaycanda mediatorun vəzifələri müəyyənləşib.
 
ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Mediasiya haqqında” qanun layihəsinin 12-ci maddəsində (Mediatorun hüquq və vəzfələri) bildirilib.
 
Yeni sənəddə qeyd edilib ki, mediatorun aşağıdakı vəzifələri var:
 
1. Mediasiya prinsiplərinə əməl etmək;
 
2. 2 ildə 1 dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq;
 
3. Mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək;
 
4. Mediasiya başlanana qədər mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək;
 
5. Mediasiya zamanı tərəflərin ona verdiyi sənədləri qaytarmaq.
 
Qeyd edək ki, mediator - peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu qanunun tələblərinə cavab verən şəxsdir.

LENT

27 May 2019
26 May 2019

Digər xəbərlər >>>