İdmançımız Avropa üçüncüsü oldu

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.
 
ONA-nın məlumatına görə, yarışın yarımfinal mərhələsinin ilk günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.
 
49 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov finala vəsiqə üçün Rusiya idmançısı ilə döyüşüb. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşdığından həmyerlimiz bürünc medalla kifayətlənib. 
 
Bu, millimizin Vladiqafqazda ilk mükafatı olub.
 
Qeyd edək ki, yarımfinal mərhələsi bu gün başa çatacaq. 1/2 finalda boksçularımızdan Cəbrayıl Yelekov (81 kq) Aleksandr Poxrebnyakla (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) gücünü yoxlayacaq.

LENT

27 May 2019
26 May 2019

Digər xəbərlər >>>