DİN, DTX və DSX-nin birgə əməliyyatı - MƏNZİLDƏN NƏLƏR ÇIXDI...

DİN, DTX və DSX Cəlilabadda birgə əməliyyat keçirib
 
Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.
 
Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Uzuntəpə kənd sakini Ədil Baxşıyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin salonuna baxış zamanı 1 kq heroin aşkarlanıb.
 
Onun yaşadığı mənzildən isə 7.375 kq heroin, 5.135 kq tiryək, 815 qr metanfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq, götürülüb.
 
Faktla bağlı cinayət işi başlanıb.

LENT

27 May 2019
26 May 2019

Digər xəbərlər >>>