"Komandada tək səhv edən oyunçu..." - Qurban Qurbanov

"Vacib 3 xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".
 
Lent.az Goal.az-a istinadən xəbər verir ki, bu sözləri Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turunda səfərdə Səbail-i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
 
47 yaşlı mütəxəssis oyunun səhvsiz mümkün olmadığını söyləyib. Qurbanov bildirib ki, komandasında tək səhv edən oyunçu Bədavi Hüseynov deyil: Səbail-in oyunu da buna hesablanmışdı ki, mərkəzdəki səhvlərdən sonra kəskin hücum qursunlar. Futbol o yerə çatıb ki, hər bir komanda rəqibi səhvə vadar etməklə məşğuldur. Ancaq futbolçulardan razı qaldım".
 
Q.Qurbanov bu gün Ağdam təmsilçisi ilə vidalaşan albaniyalı futbolçu Ansi Aqolli haqda da danışıb: "Futbolumuzda elə bir insan yoxdur ki, Aqollinin xətrini istəməsin. O, ən yaxşısına layiqdir. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədir. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans əlinə düşüb. O, 9 ildi bizimlədir və çox nadir hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi Aqolli əsl "Qarabağlı"dır".

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>