Bakıda DƏHŞƏT: 2 nəfər diri-diri YANDI

Bakıda faciəli hadisə baş verib, yaşayış binasında yanğın olub.
 
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a  verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.
 
Yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

LENT

27 May 2019
26 May 2019

Digər xəbərlər >>>