Nazir ƏSA teatrında “Göy quş”a baxıb

 
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev inklüziv ƏSA Teatrının təqdim etdiyi "Göy quş" tamaşasının premyerasında olub.
 
Əsa Teatrından Lent.aza verilən məlumata görə, tamaşadan sonra nazir teatrın yaradıcı kollektivi ilə görüşdə ƏSA Teatrına dəstək verilməsinin vacibliyindən, repertuarın genişlənməsindən, yeni tamaşaların qurulmasından, mütəmadi olaraq tamaşa nümayişlərinin həyata keçirilməsindən danışıb. Bu barədə müvafiq göstərişlər verdiyini bildirib.Onu da qeyd edək ki, ƏSA Teatrı Azərbaycanda ilk inklüziv teatrdır. Teatr 2016-cı il sentyabrın 3-ü rejissor Nihad Qulamzadə tərəfindən yaradılıb. Məqsədsə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların sağlam insanlarla birgə fəaliyyətini təmin etmək, sosial və ictimai rifahını yüksəltməkdir. Teatr indiyə kimi tamaşaçılara “Dumb”, “Yuxum ”, “Adamlar və siçanlar”, “Paris patrladı”, “Göy quş” adlı 5 tamaşa təqdim edib. Moris Meterlinkin “Göy quş” mistik dramına rejissor Nihad Qulamzadə quruluş verib. Tamaşanın premyerası ötən ilin dekabrında baş tutub.

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>