Milli qəhrəmanlar evlə təmin olunsunlar - Deputat

“Mingəçevirdə 1940-50-ci illərdə tikilmiş taxta konstruksiyalı evlər qəzalı vəziyyətdədir”.
 
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
 
Ə.Hüseynli deyib ki, Fövqəladə Hallar Nazirliyi həmin evlərin qəzalı vəziyyətdə olması barədə rəy verib: “Düşünürəm ki, hökumət bu məsələ barədə Prezidentə məlumat versə, bu məsələ həllini tapar”.
 
Komitə sədri Milli qəhrəmanların evlə təmin olunmasını da təklif edib. Onun sözlərinə görə, bu gün ölkədə Milli Qəhrəmanların İctimai Birliyi fəaliyyət göstərir və onlar ölkə başçısına Milli qəhrəmanlarla bağlı ayrıca qanunun hazırlanması təklifi ilə müraciət ediblər: “Bu gün Azərbaycanda sağ olan və yaşayan çox az sayda Milli qəhrəmanlar var, evlə təmin olunmayıb. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nəzərə alıb, yaxın gələcəkdə onları evlə təmin etsə, yaxşı olardı”.

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>