Azərbaycanı gözü götürməyənlər var - Siyavuş Novruzov

“Azərbaycanda aparılan islahatları gözü götürməyən, bu islahatların onların təzyiqi nəticəsində aparıldığını iddia edənlər var”.
 
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.
 
S.Novruzov deyib ki, bəzi ölkələr də Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər: “Bu cəhdlər yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək”.
 
Deputat bir qrup əlil tələbənin təhsil haqqından azad edilməsi üçün müraciət etdiyini nəzərə çatdırıb: “Bu əlil tələbələrin sayı elə də çox deyil. Bu təhsil haqlarının bir hissəsini dövlət, bir hissəsini universitetlər, bir hissəsini də sahibkarlar öz üzərinə götürsə, yaxşı olar. O əlil tələbələr də təhsillərini davam etdirər”.

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>