"Xətai" nə vaxt açılacaq?

Metronun "Xətai" stansiyasında təmir işlərinin növbəti mərhələsi başa çatmaq üzrədir. Lent.az xəbər verir ki, bunu Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
 
Onun sözlərinə görə, stansiyada yeni eskalatorların quraşdırılması artıq yekunlaşmaq üzrədir: "Artıq eskalatorların son hissəsi quraşdırılır. Yaxın günlərdə bu proses başa çatacaq. Bundan sonra eskalatorların sazlanması və sınaq yoxlanışı həyata keçiriləcək".
 
B.Məmmədov bildirib ki, bununla paralel olaraq stansiyada digər təmir-tikinti işləri də davam etdirilir: "Stansiyanın bütün infrastrukturu yenilənir. Vestübildə kassa zalı olan hissədə döşəmə işləri aparılır. Təmir işlərində stansiyanın memarlıq üslubu qorunub saxlanacaq".
 
Qurum təmsilçisi deyib ki, "Xətai" stansiyasında işlər vaxtından əvvəl başa çatdırılacaq: "Biz stansiyanın təmirinin avqust ayında başa çatacağını bildirmişdik. Amma işlər sürətləndiyindən stansiyanı iyul ayında istifadəyə verməyi planlaşdırırıq".

LENT

27 May 2019
26 May 2019

Digər xəbərlər >>>