Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 68,59 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,65 dollar/barel çoxdur.
 
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 65,1 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,6dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 66,13 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

LENT

23 May 2019

Digər xəbərlər >>>