Sizin link burada

VAZ velosipedçini vurdu, 6 yaralı

Xudatda minik maşını velosipedçini vuraraq aşıb

 

Bu gün axşam saatlarında Xudat-Nabran yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.  APA-nın şimal bürosunun verdiyi məlumata görə, "VAZ 2107" markalı maşın yoldan keçən velosipedçini vurub. Daha sonra idarəetməni itirən avtomobil yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

 

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>