Sizin link burada

Cavid İmamverdiyev "SABAH"da

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” öz heyətini yeni futbolçu ilə gücləndirib.

 

Lent.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, “Sumqayıt”la danışıqlardan sonra Cavid İmamverdiyevin keçidi ilə bağlı razılıq əldə edilib.

 

Azərbaycan millisinin yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb. Cavid keçidi barədə klubun mətbuat xidmətinə açıqlama verib: “Sabah”a keçməklə karyeramda yeni səhifə açdım. Klub ilk dəfə Premyer Liqada çıxış edəcək. Yeni komanda yığılır. “Sabah”a keçdiyimə görə məmnunam. Komandanın Premyer Liqada uğurlu çıxışına öz oyunumla töhfə vermək istəyirəm. Əsas məqsədim həm klub rəhbərliyinin, həm də baş məşqçinin mənə olan etimadını tam doğrultmaqdır”.

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>