Sizin link burada

Qənirə Paşayeva Gədəbəydə ziyalılar qarşısında çıxış edib

Millət vəkili Qənirə Paşayeva "Sağlamlığın Qorunması" İB-nin rəhbəri Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonunda şəhid ailələrinə həsr olunan “Sağlam nəsil, sağlam gələcək” adlı konfransda iştirak edib. Lent.az-ın məlumatına görə, millət vəkili çıxışına Prezident İlham Əliyevin hər zaman müşavirələrində xalqın mənafelərinin hər şeydən üstün olduğuna dair fikirlərini vurğulayaraq deyib ki, ölkənin sabitliyi və inkişafı hamımız üçün ən vacib məsələ olmalıdır: "Heç birimizin marağı dövlətimizin marağından üstün ola bilməz və olmamalıdır. Ona görə də ölkə Prezidentinin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi, əhalimizin güzəranının daha da yaxşılaşdırılması istiqamətində birlikdə daha böyük səylə birlikdə çalışmalıyıq”.

 

Dövlətin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmin olduğunu deyib. 

 

Millət vəkili bildirib ki, gənclərimizin həm fiziki, həm də mənəvi olaraq güclü yetişməsi ən vacib məsələdir: "Gənclər arasında zərərli vərdişlərə - narkomaniyaya, siqaretə, qumar oyunlarına aludəçiliyin artması hamımızı ciddi narahat etməlidir. Gənclərin bu zərərli vərdişlərdən tamam uzaq durması istiqamətində maarifləndirmə işi aparılmalıdır. Bu istiqamətdə müəllimlərin, ziyalıların, qeyri-hökumət təşkilatlarının üzərinə mühüm vəzifə düşür". 

 

 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>