Sizin link burada

Aytən Səfərova: "Başqasının ərinə "podxod" etməməlidir"

Aparıcı Aytən Səfərova bəzi qadın müğənnilər barədə status yazıb.

 

Lent.az-ın məlumatına görə, ifaçı öz statusunu tənqid üzərində qurub: "Xanım dediyin kəs bədən quruluşundansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatınlığını qoruyub saxlamalı, özünə hörmət etməlidir. Xanım başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə "podxod" etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın. Təəssüf ki, cəmiyyətimiz ucuz qızlarla, əlçatanlarla, bir az pulu olan oğlanlar qarşısında özlərini açıb buraxan və nəticə etibarı ilə küçə iti kimi atılan zənənlərlə doludur. Vaxt olsa, bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz".

 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>