Sizin link burada

Bakıda yük maşını sərnişin avtobusuna çırpıldı: 1 ölü, 10-dan çox yaralı- FOTO - VİDEO - YENİLƏNİB

 
 
Bakıda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
 
 
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
 
 
Onun sözlərinə görə, hadisə Bakı-Qazax magistralının 21-ci kilometrliyində baş verib. Şəhər istiqamətində hərəkət edən yük maşını gəldiyi sürətlə arxadan 149 saylı marşrut üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. 
 
 
Nəticədə avtobus aşıb: "Polisin ilkin məlumatına görə, hadisə yük maşını sürücüsünün sükan arxasında yuxulaması nəticəsində baş verib".

 

M. Ağayev bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb, təxminən 10-dan çox şəxs isə yaralanıb. Onlar şəhərin müxtəlif xəstəxanalarına aparılıblar. 

 

***

 

 
 
09:10
 
 
Bakıda sərnişin avtobusu ağır qəzaya düşüb.
 
 
Lent.az-ın məlumatına görə, yük maşını arxadan 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus yoldan çıxaraq aşıb. 
 
 
İlkin məlumata görə, qəza zamanı bir qadın dünyasını dəyişib. 

 

 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>