Sizin link burada

Goranboyda “VAZ” traktorun qoşqusuna çırpıldı: 1 yaralı

Goranboy rayonunda yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə,  hadisə Bakı-Qazax magistral yolun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan  “VAZ 21 099” markalı avtomobil traktorun qoşqusuna çırpılıb.

 

Hadisə nəticəsində avtomobildə olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.  

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>