Sizin link burada

DÇ-2018: Xorvatiya tarixində ilk dəfə finalda!

Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.

 

Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.

 

Beləliklə, final qarşılaşması iyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək. Bundan bir gün əvvəl isə Belçika ilə İngiltərə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək.

 

 

 

DÇ-2018

 

Yarımfinal

 

 

11 iyul

 

Xorvatiya – İngiltərə - 2:1

 

Qollar: İvan Perişiç, 68; Mario Mandzukiç, 109 - Kiran Trippier, 5

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>