Sizin link burada

Dostu tərəfindən bıçqlanan şəxs: "Dərədən yıxılmışam" - MƏHKƏMƏ

 
 
 
Dostunu bıçaqlamaqda təqsirli bilinən Vüsal İbrahimovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Pərviz Cəfərov dindirilib.
 
 
Məlumat kimi qeyd edək ki, zərərçəkən şəxs istintaqda və məhkəmədə heç kimin onu bıçaqlamadığını və Vüsal İbrahimovla dost olduğunu deyib: "Vüsalla 10 illik münasibətimiz var. Dostluq eləmişik. O, mənə heç bir xəsarət yetirməyib. Mənə bıçaq zərbəsi dəyməyib. Heç bir şikayətim, tələbim yoxdu. Mənim ayağım büdrəyüb yıxılmışam. Belimə metal girib". 
 
 
İfadəsinin davamında Pərviz Cəfərov qeyd edib ki, yolda gedın vaxtı fikirli olub dərəyə yıxılıb: "İstintaqda müstəntiq mənə dedi ki, Vüsal səni bıçaqladığını boynuna alıb. Lakin mən yenə də bildirdim ki, məni bıçaqlayan olmayıb. Yıxılmışam".
 
 
Hakim zərərçəkənin istintaqa verdiyi ifadəni elan edib. Həmin ifadədə zərərçəkən eyni məzmunlu ifadə verib. Təqsirləndirilən Vüsal İbrahimov isə istintaqda bildirib ki, tanışı Pərviz Cəfərovu söyüş üstündə vurub: " Evə qayıdanda Pərvizi gördüm. Kimləsə mübahisə edirdi. Ona sakit olmağını bildirdim. O, işinə qarışmamağımı istədi. Aramızda mübahisə düşdü. Pərviz ağır söyüş söydü. Mən buna dözməyib onu qəbisitanlıq yoluna apardım. Orada bıçaqla bir zərbə vurdum".
 
Proses iyulun 20-də davam edəcək. Qeyd edək ki, hadisə ötən il okyabrın 28-də Xətai rayonu NZS qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Vüsal İbrahimov dostu Pərviz Cəfərovu kürəyindən bıçaq zərbəsi vuraraq sağlamlığına ağır zərbə vurub. O, Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>