Sizin link burada

Minik maşını mikroavtobusla toqquşdu: 11 yaralı - YENİLƏNİB

 

 

Masallı rayonun Xıl kəndində "Ford" markalı sərnişin mikroavtobusu ilə "Hundai" markalı minik maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, onlar Rusiya vətəndaşları - 1992-ci il təvəllüdlü Günay Asfarova, 2017-ci il təvəllüdlü Rubina Teymur qızı Asfarova, Bakı şəhər sakinləri - 2006-cı il təvəllüdlü Lalə Cabir qızı Zeynalova,  1977-ci il təvəllüdlü Nərmin Rauf qızı Babayeva, 1946-cı il təvəllüdlü Rubina Şirzad qızı Bayramova, Lənkəran rayon sakiniləri - 1982-ci il təvəllüdlü Ağayar Gülməmməd oğlu Ağayev, 1981-ci il təvəllüdlü Nuranə Cabir qızı Qəhrəmanova, 1967-ci il təvəllüdlü Tünzalə Məzahir qızı Şükürova, 1959-cu il təvəllüdlü Məlahət İsmayıl qızı Məmmədova, Neftçala rayon sakini, 1982-ci il təvəllüdlü Ceyhun Şakir oğlu Hüseynli, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Nəzir İsmayıl oğlu Musayevdir.

 

Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

 

***

 

 

13:47

 

 

Masallıda minik maşını ilə mikroavtobus toqquşub.

 

APA-nın cənub bürosunun məlumatına görə,  Xıl kəndi ərazisində baş verən qəza zamanı 10 nəfər xəsarət alıb.

 

Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

 

Faktla bağlı araşdırma aparılır.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>