Sizin link burada

Musson yağışları Hindistanda 66 can aldı

Hindistanda musson yağışları nəticəsində 66 insan dünyasını dəyişib.

 

Lent.az sozcu.com.tr-yə istinadən bildirir ki, Hindistanın Mumbay bölgəsində 10 gündür davam edən aramsız yağışlar ötən gündən başlayaraq şiddətlənib. Onlarla insanın itkin düşdüyü, 66 nəfərin öldüyü bildirilir.

 

Verilən məlumata görə, Mumbay bölgəsinin ətraf əyalətlərlə əlaqəsi tamam kəsilib. On minlərlə evin sel suları altında qaldığı vurğulanır.

 

Yaranmış vəziyyətlə əlaqədar Hindistan Hava Yolları həmin istiqamətdəki bütün reysləri təxirə salıb. Ölü sayının artacağı istisna edilmir.

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>