Sizin link burada

Xətaidə yanğın: 2 nəfər təxliyə olundu

 

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 6 p.m yanıb.

 

Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Elektrik lövhəsinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>