Sizin link burada

"Mersedes" "VAZ"la toqquşdu: ölən var

Ağcabədi rayonunda "Mercedes" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvəllüdlü Əliyev Ülfət İbrahim oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb. 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>