Sizin link burada

Pakistanda kamikadze 12 nəfəri öldürdü

Pakistanın Peşəvər şəhərində terrorçu-kamikadzenin hücumu nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.  

 

APA-nın “Pakistan Today”ə istinadən verdiyi xəbərə görə, hücum “Avami” Milli Partiyasının toplantısı zamanı törədilib. Ölənlər arasında partiyanın lideri Harun Bilur və oğlu Daniyal Bilur var. Ölənlərin sayının artacağı istisna olunmur.

 

Heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>