Sizin link burada

Masallıda faciə: qadın 2 uşaqla göldə batdı

Masallının Miyənkü kəndində göldə üç nəfər batıb. APA-nın cənub bürosunun məlumatına görə, onlardan biri qadın, ikisi isə azyaşlıdır. 

 

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar Miyənkü kənd sakini, 1981-ci ik təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və V. Kərimovanın qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmşir oğlu Zamanovdur.

 

Məlumata görə, V. Kərimova ailəsi ilə birgə Masallıya istirahətə gəlib. Uşaqlarla dincəlmək üçün isə göl kənarına gedib. Göldə çimən uşaqların boğulduğunu görən V. Kərimova onları xilas etməyə çalışarkən özü də batıb.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>