Sizin link burada

Bir qrup məhkəmə işçisinə fəxri adlar verildi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə, məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

 

“Tərəqqi” medalı ilə

 

Qaracayev Ceyhun Yasinəli oğlu

Şəfiyev Kamran Rauf oğlu

Babayeva Səbinə Sabir qızı

Səlimov Rüstəm Fikrət oğlu

Tağızadə Zərifə Fərhad qızı

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Eyvazov Anar İman oğlu

Ələsgərova Gülzar Tofiq qızı

Qurbanova Həcər Əli qızı

Məmmədov Murad Akif oğlu

Tağıyeva Nərgiz Nazim qızı.

 

Bundan əlavə, prezident İlham Əliyev “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı hakimlərinə “Əməkdar hüquqşünas” fəxri adı verilib:

 

Rövşən Rəhim oğlu İsmayılov

İsa Əli oğlu Nəcəfov.

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>