Sizin link burada

Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq - SXEM

Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq iyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a daxil olan məlumata görə,  bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.

 

 

Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.

 

 

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur: ”Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”.

 

 

LENT

17 İyul 2018

Digər xəbərlər >>>