Sizin link burada

DSX Akademiyası məzunlarının buraxılış mərasimi keçirilib

Dövlət Sərhəd Xid­məti Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilib.

 

Xidmətdən Lent.az-a verilən məlumata görə, Dövlət Bayrağı Mey­da­nında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmə­tinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissə­lərinin hər­bi qul­luqçuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

 

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğur­­lar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq ola­caq­­larına, Prezident İlham Əli­­yevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin eti­barlı mü­ha­fizəsi na­mi­nə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sər­həd­çi­si adı­nı daima uca tutacaq­larına inamını ifadə edib.

 

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təkcə 2018-ci il ərzində 2 dəfə Dövlət Sərhəd Xidmətinin hər­bi hissə və bölmələrinə səfərlərinin, Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın DSX-nin Xüsu­si Məktəbinin yeni korpusunun açılış mərasimində iştirakının Dövlət Sərhəd Xidmətinə göstərilən ali diq­qətin növbəti ifadələri olmasını xüsusi vurğulayıb.

 

Azərbaycan Sərhəd Müha­fizəsinə göstərilən bu qayğı sayəsində əldə olun­muş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev dövlət bay­ra­ğı­mı­zın qı­sa müddətdə iş­ğal­dan azad olunacaq şəhər və kənd­ləri­mizdə dal­ğa­­lanacağını, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmalarını bildirib.

 

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunub, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda za­bit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçiblər.

 

Mərasimdən sonra gənc zabitlər mərhum prezident Heydər Əli­yevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>