Sizin link burada

Banka basqın edib müştərini girov götürənə HÖKM OXUNDU 

 
 
Banka basqın edib müştərini girov götürməkdə təqsirləndirilən Nazim Məmmədovun məhkəməsi davam edib.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasınımn hökmünə əsasən, Nazim Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
Xatırldaq ki, N. Məmmədov özünü qismən təqsirli bildiyini deyib: "Xeyli borcum var idi, bu səbəbdən əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar, buna görə də cinayət törətmək istədim, amma dedim oğurluq edib kiməsə ziyan vurmayım. Ona görə belə elədim.  Onsuz da mənə pul verməyəcəklərini bilirdim. Niyyətim bankı soymaq deyildi".
 
 
İttihama görə, hadisə 2018-ci ul yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağını onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.
 
 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>