Sizin link burada

Silahlı Qüvvələrdə siyasi partiya və QHT yaratmaq qadağan edildi - SƏRƏNCAM

Ölkə başçısı İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

 

Lent.az-ın AZƏRTAC-a istindən verdiyi xəbərə görə, dəyişikliyə görə, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilib:

 
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır”.
 
 
Prezident həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda da dəyişiklik edib.
 
 
Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib: 

 

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır”.

 

 

 

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>