Sizin link burada

Sürücülərin nəzərinə! Bu yollar rənglənir

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, M.A. Şərifzadə küçəsinin kəsişməsindən Əsəd Əhmədov küçəsinin (dairəvi yolunun) kəsişməsinə kimi olan hissədə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, anoloji işlər bu gün axşam saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi olan hissədə aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

 

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>