Sizin link burada

“Qarabağ” daha bir əcnəbi qapıçı alır?

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” daha bir qapıçı transferində maraqlıdı. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

 

Bildirilir ki, Alessandro Yakobuççi Ağdam klubuna keçə bilər. 3 ildi formasını geyindiyi “Virtus Entella” ilə yollarını ayıran 27 yaşlı qolkiper hazırda azad agent statusu daşıyır. Sabiq “Parma”lının iki klubdan birinə keçəcəyi bildirilir ki, namizədlərdən biri “Qarabağ”, digəri isə “Olimpiakos”du.

 

Karyerası ərzində yalnız İtaliyada çıxış etmiş Alessandro Yakobuççi “Siena” və “Parma”dakı oyunu ilə daha çox yadda qalıb. O, ölkəsinin U-20 yığmasının heyətində 8 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində qapı xəttini Hannes Halldorsson və Vaqner da Silva ilə gücləndirib.

LENT

23 İyul 2018

Digər xəbərlər >>>