Sizin link burada

Akif Əlizadə: "AMEA energetika sahəsinə ciddi diqqət yetirməlidir"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş hadisəyə münasibət bildirib.

APA-nın xəbərinə görə, A. Əlizadə AMEA magistrlərinin məzun günündə çıxışı zamanı bildirib ki, Mingəçevir İES-də baş vermiş hadisə Azərbaycan elminin energetika istiqamətində bir qədər inkişafını tələb edir.

AMEA prezidenti qeyd edib ki, Azərbaycan energetika elmi alimlərin diqqətində olmalıdır: "Azərbaycan energetikləri Mingəçevir İES-də bir blok sıradan çıxanda, ümumi enerji şəbəkəsinə zərər dəyməyən təhlükəsizlik sxemi yaratmalıdırlar”. 

A. Əlizadə vurğulayıb ki, AMEA energetika sahəsinə ciddi diqqət yetirməlidir.

LENT

23 İyul 2018

Digər xəbərlər >>>