Sizin link burada

Çobanı və 57 baş qoyunu maşın vurub

57 baş qoyun yol qəzası nəticəsində tələf olub.

 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində -  Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

 

Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib.  57 baş qoyun isə tələf olub.

 

Verilən məlumata görə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>