Sizin link burada

Ərdoğan: “Türkiyə yeni siyasi dövrə qədəm qoydu”

Türkiyə yeni siyasi dövrə qədəm qoydu.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

“Bu gün ölkəmizin tarixində ən əlamətdar günlərdən biridir. Mənə səs verən bütün vətəndaşlara minnətdarlığımı bildirirəm. Biz prezident idarəetmə sisteminə keçərək, tariximizdə yeni bir mərhələyə başlayırıq”, deyə Ərdoğan qeyd edib.

 

O həmçinin bildirib ki, qüdrətli Türkiyə güclü  hökumət və parlament tərəfindən idarə olunacaq.

 

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçirilib. Azərbaycanı tədbirdə baş nazir Novruz Məmmədov təmsil edib.

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>