Sizin link burada

“Sumqayıt” İsraildən futbolçu aldı

2018-19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Əli Babayev “gənclik şəhəri” təmsilçisi ilə anlaşıb.

 

Son mövsümü İsrail Premyer Liqası təmsilçisi “Hapoel Raanana”da keçirmiş əslən azərbaycanlı oyunçu yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. 28 yaşlı oyunçu “Sumqayıt”da 99 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Əli Babayev peşəkar karyerası boyunca yalnız “Hapoel Raanana”nın şərəfini qoruyub. O, İsrail klubunun heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb.

LENT

23 İyul 2018

Digər xəbərlər >>>