Sizin link burada

Avropada “Real”, Azərbaycanda “Qarabağ”

Çempionlar Liqasının sabah start götürəcək təsnifat mərhələləri ərəfəsində turnirin ümumi cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın siyahısında 1955-ci ildən cari mövsümədək qitənin ən nüfuzlu klub turnirində yer alan komandalar qərarlaşıb.

 

Əvvəl Çempionlar kuboku, sonradan Çempionlar Liqası adlanan yarışın arxada qalan 63 mövsümündə 511 klub mübarizə aparıb. İştirakçılar arasında ən yaxşı nəticə “Real”a məxsusdu.

 

İspaniya təmsilçisi 48 mövsümdə 13 kubok qazanıb və keçirdiyi 423 matçda hesabına 254 qələbə, 74 heç-heçə və 95 məğlubiyyət yazıb. 942 qol vurub, 458-ni buraxan Madrid təmsilçisinin ən yaxın izləyiciləri “Bavariya” və “Barselona”dı.

 

Yarışın 511 iştirakçısından 7-si Azərbaycanı təmsil edir. Ən yaxşı nəticə Avropada 115-ci olan “Qarabağ”a məxsusdu. Ağdamlılar oyun, qələbə, heç-heçə, vurulan qol, top fərqi və xal sayında bütün komandalarımızı qabaqlayır. Qitənin 165-cisi olan “Neftçi” turnirdəki iştirak sayında Azərbaycan təmsilçiləri arasında liderdi. Digər klublarımız isə siyahının ikinci yarısında yer alıb.

 

yer

komanda

mövsüm

O

Q

H

M

T/F

X

115

Qarabağ

4

24

9

8

7

24-23

26

165

Neftçi

6

18

5

5

8

14-32

15

264

Bakı

2

6

2

2

2

7-8

6

290

İnter

2

6

1

3

2

3-5

5

384

Şəmkir

2

6

1

0

5

6-11

2

385

Kəpəz

2

4

1

0

3

4-9

2

411

Xəzər Lənkəran

1

2

0

1

1

2-4

1

 

Qeydlər: 1. Qələbəyə görə 2 xal prinsipi ilə hesablanıb. 2. “İnter” indi “Keşlə” adlanır.

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>