Sizin link burada

Rezidenturaya ixtisas seçimi başladı

 
 
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.
 
 
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, ixtisas seçimi iyulun 16-dək aparılacaq.
 
 
Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.
 
 
Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsinin nəticələri dünən açıqlanıb. 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>