Sizin link burada

İyulun 13-də bu ilin ikinci Günəş tutulması baş verəcək

 
İyulun 13-də bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi baş verəcək.
 
AMEA Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən xəbərə görə, Bakı vaxtı ilə saat 05:48-də başlanacaq Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq. Tutulmanın davametmə müddəti 3 dəq. 29 san-dir.
 
Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.
 
Növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>