Sizin link burada

ATƏT PA-nın vitse-prezidenti: “Bu, regional təhlükəsizliyə ciddi təhdiddir”

Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, iclasda çıxış edən ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev öz nitqində həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb. Onun sözlərinə görə, silahlanma üzərində nəzarət barədə istənilən danışıq münaqişələrin ilkin səbəbi nəzərə alınmaqla aparılmalı, ümumi kontekstdən ayrı-ayrı elementlər çıxarılmamalıdır. "Etimad çatışmazlığı hər hansı mexanizmin olmaması və ya görülən tədbirlərin azlığından deyil, ayrı-ayrı dövlətlərin bütün sənədlərdə, o cümlədən ATƏT-in sənədlərində də əksini tapan beynəlxalq hüququn normalarına aşkar məhəl qoymamasının nəticəsidir. Əsrin dörddəbirindən çoxdur ki, biz regionumuzda suverenliyin və ərazi bütövlüyünün pozulduğunu müşahidə edirik. Bir çox münaqişələrin əsasında elə bu cür pozulma dayanır", - deyən Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini buna əyani nümunə kimi göstərib.

Deputat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni təlimlərini və Ermənistanın bu ərazilərdə öz hərbi cəbbəxanasını, o cümlədən 45 minlik işğalçı hərbi bölməsini beynəlxalq monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb. "Bu, regional təhlükəsizliyə ciddi təhdiddir", - deyə Azay Quliyev vurğulayıb.

 

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>