Sizin link burada

Hülya Avşarın evinə oğru girdi

Türkiyənin tanınmış aktrisası Hülya Avşarın başına iş gəlib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, aktrisanın evinə oğru girib. Oğru aktrisanın evindən 500 türk lirəsi (təxminən 250 manat) götürüb.

 

Hülya isə hadisə ilə bağlı fikirlərini bu cür izah edib: “Səhər saatları idi. Gün çıxmışdı. Baxdım ki, yataq otağımda kimsə var. Papaq və əlcək taxmışdı. Üzünü əli ilə bağlayıb dedi: “Mənəm, mən”. Ayağa qalxıb ona tərəf getdim. Götürdüklərini pəncərədən atdı, özü də qapıdan qaçdı. Polisə zəng etdim. Kim olduğunu tapdılar. Amma hələ həbs olunmayıb”.

 

LENT

17 İyul 2018

Digər xəbərlər >>>