Sizin link burada

Yarımfinalın ilk təyinatları

DÇ-2018-in yarımfinal mərhələsinin ilk təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fransa – Belçika qarşılaşmasını amerikalı hakimlər idarə edəcək.

 

İyulun 10-da keçiriləcək görüşün baş hakimi Uruqvay təmsilçisi Andres Kunya olacaq. Ona həmyerliləri Nikolas Taran və Maurisio Espinoza kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını meksikalı Sezar Ramos yerinə yetirəcək.

 

Qeyd edək ki, sabah baş tutacaq Fransa – Belçika oyunu Sankt-Peterburqda keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>