Sizin link burada

Türkiyədəki qatar qəzasının səbəbi açıqlandı

Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarının qəzaya uğramasının səbəbi rəsmən açıqlanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya nazirliyinin məlumatında bildirilir.

 

Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.

 

Xatırladaq ki, ötən gün Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü yaralanıb.

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>