Sizin link burada

Millimizin hücumçusu Türkiyə klubunda qaldı

Bu mövsüm Superliqanı tərk edən “Gənclərbirliyi” heyətində “təmizləmə işləri” aparıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, paytaxt təmsilçisi heyətindəki 17 əcnəbi oyunçudan 10-u ilə artıq yollarını ayırıb.

 

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz isə komandada saxanılıb. Onunla birlikdə daha 6 əcnəbi gələn mövsüm kubda yer alacaq. Həmçinin 5 yerli ilə yollarını ayıran “Gənclərbirliyi” 4 yeni transfer həyata keçirib.

 

Qeyd edək ki, Türkiyə I liqasında hər komandanın heyətində 10 əcnəbi yer ala bilər. Onlardan 6-nın oyunlarda protokola salınmasına icazə var. Start heyətində isə maksimum 5 əcnəbi meydana çıxa bilər.

 

LENT

17 İyul 2018

Digər xəbərlər >>>