Sizin link burada

Yaponiyada ölənlərin sayı 103-ə çatdı - YENİLƏNİB-2

Yaponiyada leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 100 nəfəri ötüb.

 

APA-nın məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib.

 

Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 103 nəfər ölüb, 56 nəfər itkin düşmüş hesab edilir.

 

 

***

 

Yaponiyada leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 89 nəfərə çatıb, 58 nəfər itkin düşmüş hesab edilir.

 

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 9-da xilasedici dəstələr Yaponiya özünümüdafiə qüvvələrinin dəstəyi ilə axtarış-xilasetmə əməliyyatlarını davam etdiriblər.

 

Ölkənin  19 prefekturasında yaşayan 5 milyona yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Artıq 30 min nəfər xüsusi təxliyə mərkəzlərinə yerləşdirilib.

 

Təbii fəlakət nəticəsində nəqliyyatın fəaliyyətində fasilələr yaranıb. Daşqınlarla əlaqədar bir çox sənaye müəssisələri qeyri-müəyyən müddətədək bağlanıb.

 

Qeyd edək ki, Yaponiyada leysan yağışlar “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib.

 

 

 

***

 

 

 

Yaponiyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb, 60 nəfər itkin düşüb.

 

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı məlumat yayıb.

 

Ölənlərin əksəriyyəti Honsyu adasındakı  Xirosima və Sikoku adasındakı Exime əyalətlərinin sakinləridir.

 

 

 

***

 

 

11.40

 

 

Yaponiyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

 

Təbii fəlakət nəticəsində 60 nəfər itkin düşüb. Hazırda xilasetmə və axtarış əməliyyatları davam edir.

 
 
 

 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>