Sizin link burada

Səmədov yığmadan, İqnaşeviç futboldan getdi

Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Səmədov yığma karyerasını bitirib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, o, dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə matçdan sonra bu qərara gəlib.

 

2:2 hesabı ilə başa çatan və rusların penaltilər seriyası ilə məğlub olduğu görüşdən sonra 34 yaşlı yarımmüdafiəçi yığma ilə vidalaşıb.

 

Müdafiəçi Sergey İqnaşeviç isə karyerasına son qoyub. 39 yaşlı futbolçu 20 illik futbolçu karyerasını bitirdiyini bəyan edib.

 

Qeyd edək ki, Səmədov yığmada 53, İqnaşeviç isə 127 oyun keçirib.

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>