Sizin link burada

DÇ-2018: Rusiya mundialla vidalaşdı, Xorvatiya yarımfinalda

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, günün ikinci oyununda növbəti yarımfinalçı müəyyənləşib.

 

1/8 finalda İspaniya kimi nəhəng komandanı sıradan çıxaran Rusiya yoluna davam etmək niyyətində idi. Ancaq güclü yarımmüdafiə xəttinə malik Xorvatiya da ev sahiblərini mübarizədən kənarlaşdırmaqda qərarlı görünürdü. 90 dəqiqə ərzində komandalar hərəyə bir dəfə fərqləndiyindən, əlavə vaxta ehtiyac duyulub. Burda da qalib müəyyənləşməyib və qalib penaltilər seriyası ilə bilinib. Zərbələri daha dəqiq yerinə yetirən Xorvatiya yarımfinalda İngiltərəyə rəqib olub.

 

Dünya çempionatı

1/4 final

7 iyul

 

Rusiya – Xorvatiya - 2:2 (Penaltilər seriyası - 3:4)

 

Qollar: Denis Çerışev, 31; Mario Fernandes, 115 - Andrey Kramariç, 39; Domaqoy Vida, 101

 

Sarı vərəqələr: Yuri Qazinski, 109 - Deyan Lovren, 35; İvan Ştriniç, 38; Domaqoy Vida, 101; Yosip Pivariç, 114

 

Baş hakim: Sandro Rikki (Braziliya)

 

Soçi. “Fişt” stadionu

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>