Sizin link burada

DÇ-2018: İngiltərə yarımfinalda

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün mundialın 1/4 final mərhələsində İsveç və İngiltərə yığmaları qarşılaşıblar.

 

APA-nın xəbərinə görə, “Samara Arena”da keçirilən matçda qalib gələn İngiltərə yığması yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, DÇ-nin yarımfinal oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

 

Dünya çempionatı
1/4 final
7 iyul

 

İsveç – İngiltərə - 0:2

 

Qollar: Harri Maquayr, 30; Dele Alli, 59

Sarı vərəqələr: Sebastyan Larsson, 90+4 - Harri Maquayr, 87

Baş hakim: Byörn Kuypers (Hollandiya)

 

Samara. “Kosmos Arena”

 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>